Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Natiq Nuşravan oğlu Ağayev kollektivə təqdim olunub.
Operativ Media xəbər verir ki, təqdimatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb. N.Ağayev ona göstərilən etimada görə minnətdarlıq edib.