Ana səhifə / Ölkə / 16 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb 16 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb 04.11.2025, 19:26 Operativ Media Goranboy Rayon Polis Şöbəsinə rayonunun Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Operativ Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. O qeyd edib ki, polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar. Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib.
27.02.2026, 12:05 "Qarabağ"ın ispaniyalısı: Yenidən Çempionlar Liqasına qayıtmaq üçün mübarizə aparacağıq