Ana səhifə / Ölkə / İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb 02.11.2025, 11:08 Operativ Media Dünən İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Operativ Media xəbər verir ki, hadisə Buynuz kəndi ərazisində olub. Belə ki, Vüsal Rubilzadənin idarə etdiyi “Kia” və Zeynəddin Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”da olan sərnişin, 74 yaşlı Gülyaz Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.