"Yuventus"un yeni baş məşqçisi bəlli oldu
Operativ Media
Luçano Spalletti və “Yuventus” müqavilə imzalayıblar.
Operativ Media xəbər verir ki, bu gün baş məşqçi Turin klubunun ofisini ziyarət edib və 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb. Komandanın Çempionlar Liqasına vəsiqə qazanacağı halda, müqavilənin daha iki il uzadılması seçimi də nəzərdə tutulub.
Bundan sonra Spalletti çoxlu şəkillər çəkdirib və avtoqraflar paylayıb. “Yuventus” azarkeşləri məşqçini böyük rəğbətlə qarşılayıblar.
Klub Spallettinin təyinatını rəsmi şəkildə elan edib. Onun təqdimatı cümə günü keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net