Menyu

"Kəpəz" Azərbaycan Kubokunda 200-ə çatdı

Operativ Media
"Kəpəz" Azərbaycan Kubokunda 200-ə çatdı

“Kəpəz” Azərbaycan Kubokunda 200-cü qolunu vurub.

Operativ Media xəbər verir ki, bu, 2025/26 mövsümünün Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində baş verib.

“Ağstafa Gəncləri” ilə ev oyununda 6:1 hesabı ilə qalib gələn Gəncə təmsilçisinin 4-cü qolu yubiley xarakteri daşıyıb. “Kəpəz”in kubokdakı 200-cü qoluna Elcan Əbilov imza atıb.

Qərb təmsilçisi 111-ci matçında top sayını 202-yə yüksəldib. Bu göstəricidə yalnız “Qarabağ”la “Neftçi”dən geri qalan “Kəpəz” evdə 117, səfərdə 78, neytral meydanlarda 7 dəfə fərqlənib.

Qeyd edək ki, gəncəlilərin ilk qolu 1993 mövsümünə təsadüf edib. “Kəpəz” 1/32 finalın ilk oyununda səfərdə “Nicat”la heç-heçə oynayıb – 2:2.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər