Menyu

"Çelsi" Liqa Kubokunda mərhələ adladı

Əziz Əzizli
"Çelsi" Liqa Kubokunda mərhələ adladı

İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində “Molineux” stadionunda keçirilən oyunda “Çelsi” “Vulverhempton"u 4:3 hesabı ilə məğlub edib.

Operativ Media xəbər verir ki, ilk hissədə “mavilər”in heyətində Estevan, Tayrik Corc və Andrey Santos fərqləniblər. İkinci hissənin əvvəlində Tolu Arokodare hesab arasındakı fərqi azaldıb. Son dəqiqələrdə ev sahiblərindən David Möller Vulf iki dəfə fərqlənib, Ceymi Gittens isə London təmsilçisinə qələbə qazandıran qola imza atıb.

“Çelsi”nin hücumçusu Liam Delap 61-ci dəqiqədə əvəzlənərək meydana daxil olub və 86-cı dəqiqədə qırmızı vərəqə alıb.

“Çelsi”nin 1/4 finaldakı rəqibi püşkatma yolu ilə müəyyənləşəcək.

Qeyd edək ki, "Çelsi" noyabrın 5-də Bakıda "Qarabağ" klubu ilə qarşılaşacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər