Menyu

AQTA bir sıra ölkələrdən heyvan mənşəli məhsulların idxalına məhdudiyyət qoyub

Nərmin Qocamanlı
AQTA bir sıra ölkələrdən heyvan mənşəli məhsulların idxalına məhdudiyyət qoyub

Bir sıra ölkələrdə müxtəlif xətəliklər aşkarlanıb və Azərbaycana malların idxalına məhdudiyyət qoyulub.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Böyük Britaniya və Şimali İrlandiyanın Uelsin Pouis, Monmutşir bölgələrində blutanq xəstəliyi, İspaniyanın Kataloniya muxtar icmasında nodulyar dermatit xəstəliyi, Almaniyanın Türingiya vilayətində, İranın Ərdəbil əyalətində, Bolqarıstanın Haskovo vilayətində, Danimarkanın Cənubi Danimarka regionunda, Niderlandın Drente əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq AQTA müvəqqəti məhdudiyyət tətbiq edib.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər