"Qarabağ”ın Çempionlar Liqasındakı səfər oyunları İctimai Televiziyada yayımlanacaq
Əziz Əzizli
UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunları yenidən İctimai Televiziyada (İTV) yayımlanacaq.
Telekanaldan Operativ Media-ya verilən məlumata görə, “Saran Media” və ölkə ərazisində əsas yayımçı olan “CBC Sport” telekanalı ilə əldə edilən razılaşma əsasında 2025/2026-cı illər mövsümündə bu turnirlərin görüşləri İctimai Televiziyanın canlı efirində təqdim olunacaq. Futbol həvəskarları hər oyun günü 1 qarşılaşmanı İTV-nin efirində izləyə biləcək.
Razılaşmaya əsasən, "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi 4 səfər oyunu İctimai Televiziyanın efirində nümayiş etdiriləcək. Yeni mövsümdə yayımlanacaq ilk matç sentyabrın 16-da keçiriləcək "Benfika" - "Qarabağ" görüşü olacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net