Məktəblilər üçün yeni meydança istifadəyə verildi
Əziz Əzizli
“FIFA Arena” layihəsi çərçivəsində 138 nömrəli tam orta məktəbdə inşa edilən futbol meydançasının açılış mərasimi keçirilib.
Operativ Media xəbər verir ki, tədbirdə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, qurumun rəsmi şəxsləri, eləcə də, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirin açılış mərasimində çıxış edən Fərrux İsmayılov layihənin önəmindən bəhs edib, iştirakçılara yeni tədris ilində uğurlar arzulayıb.
Qeyd edək ki, AFFA dünyada “FIFA Arena” layihəsini tamamlayan ilk 11 ölkə arasında yer alır. Milli assosiasiya bundan öncə layihə çərçivəsində 247 nömrəli tam orta məktəbin ərazisində də meydança inşa edib və bu layihədən birbaşa 6000-dən çox şagird faydalanacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net