Azərbaycan klublarının beynəlxalq reytinqdə mövqeyi açıqlandı
Əziz Əzizli
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı reytinq siyahısına əsasən Azərbaycan klublarının Avropa təmsilçiləri arasındakı mövqeyi bəlli olub.
Operativ Media-nın məlumatına görə, dünya reytinqində 96-cı pillədə qərarlaşan "Qarabağ" (154,75 xal) "köhnə qitə"də 64-cüdür.
79,25 xalı olan "Sabah" (dünyada 302-ci) Avropada 175-ci sırada yer alıb.
"Araz-Naxçıvan" (70,25 xalla dünyada 355-ci) 206-cı, "Zirə" (68 xalla dünyada 380-ci) 224-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, 506 klubun yer aldığı siyahıya Fransa təmsilçisi PSJ (543 xal) başçılıq edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net