Menyu

Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatında əsas mərhələyə yüksəliblər

Əziz Əzizli
Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatında əsas mərhələyə yüksəliblər

Bu gün çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) qız və oğlanların Avropa çempionatında təsnifat oyunları keçirilib.

Operativ Media xəbər verir ki, İtaliyanın Corigliano Rossano şəhərində təşkil olunan yarışda oğlanlardan (İbrahim Məmmədov/Muhammad Aslanlı) ibarət komandamız təsnifat mərhələsində Serbiya millisi ilə qarşılaşıb. Görüş təmsilçilərimizin 2:0 (21:10; 21:15) hesablı qələbəsi ilə başa çatıb və komandamız Avropa çempionatında əsas mərhələyə yüksəlib.

Qeyd edək ki, çempionatda ölkəmiz bir qız və bir oğlan komandası ilə təmsil olunur. Qızlarımız yarışa əsas mərhələdən qoşulacaqlar. Əsas mərhələ oyunlarına sabah start veriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər