Ana səhifə / İdman / "Real Madrid" "Tottenhem"in müdafiəçisini transfer etmək istəyir "Real Madrid" "Tottenhem"in müdafiəçisini transfer etmək istəyir 10.09.2025, 12:05 Əziz Əzizli "Real Madrid" "Tottenhem"in müdafiəçisi Miki van de Venin transferində maraqlıdır. Operativ Media xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, "Tottenhem" 24 yaşlı niderlandlı üçün 80 milyon avro tələb etmək niyyətindədir. Van de Ven 2024/25 mövsümündə bütün yarışlarda 22 oyunda 2 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir. "Transfermarkt" portalı oyunçunun transfer dəyərini 50 milyon avro qiymətləndirir. Genitor İdeyanı yaz —dəqiqələr içində saytın olsun. ›restoranım üçün sayt Pulsuz başla →Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma Saytın hazırlanır… CANLI restoran.genitor.net Genitor