"Barselona" Frenki de Yonqun zədəsinin durumunu açıqladı
Əziz Əzizli
"Barselona" yarımmüdafiəçi Frenki de Yonqun Niderland millisində çıxış edərkən aldığı zədənin durumunu açıqlayıb.
Operativ Media xəbər verir ki, sentyabrın 4-də Niderland DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Polşa ilə 1:1 hesablı heç-heçə edib. Oyuna start heyətində çıxan De Yonq zədə səbəbindən 83-cü dəqiqədə əvəzlənib. Yarımmüdafiəçi daha sonra klubuna qayıdıb.
"Frenki de Yonq sağ ayağının xarici obturator əzələsində yüngül zədələnmə keçirib. Sağalma müddəti futbolçunun meydana nə vaxt qayıda biləcəyini müəyyənləşdirəcək", - deyə klubun açıqlamasında bildirilib.
Bu mövsüm 28 yaşlı De Yonq "Barselona"nın heyətində İspaniya çempionatında iki oyunda iştirak edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net