Menyu

Daxili qoşunlara xüsusi vasitələrin tətbiqi ilə əlaqədar bir sıra qadağalar tətbiq ediləcək

Şəfa Hüseynli
Daxili qoşunlara xüsusi vasitələrin tətbiqi ilə əlaqədar bir sıra qadağalar tətbiq ediləcək

Daxili qoşunların hərbi qulluqçularına xüsusi vasitələrin tətbiqi ilə əlaqədar bir sıra qadağalar tətbiq ediləcək.

Operativ Media xəbər verir ki, bununla bağlı yeni hazırlanan "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyası üzrə bu gün keçirilən ilk iclasında müzakirə olunub.

Qanun layihəsinə görə, xüsusi təyinatlı gözyaşardıcı qaz qumbaraları (patronları) ilə şəxsə sərrast atəş açmaq, suvuran maşınları havanın hərarəti mənfi olduqda tətbiq etmək qadağan ediləcək.

Daxili qoşunlara sərnişindaşıyan (sərnişin daşındıqda) və xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının avtonəqliyyat vasitələrinə, habelə motosikletləri və mopedləri dayandırmaq, habelə onları məhdud görünmə şəraitində, dağ yollarında, dəmiryol keçidlərində, yol ayrıcılarında, tunellərdə, körpü və estakadalarda məcburi dayandırma vasitələrini tətbiq etmək qadağan olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər