"Qalatasaray" Viktor Osimhenin zədəsinin durumu ilə bağlı açıqlama yaydı
Əziz Əzizli
Türkiyənin "Qalatasaray" klubu zədəli futbolçusu Viktor Osimhenin durumu ilə bağlı məlumat yayıb.
Operativ Media İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçunun ayaq biləyinin bağlarında orta səviyyədə gərilmə və qanaxma aşkarlanıb.
"Sarı-qırmızılar" forvardın tezliklə yaşıl meydanlara qayıtması üçün müalicələrə başlanıldığını yazıb.
Qeyd edək ki, Osimhen Nigeriya yığmasının heyətində zədələnib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma