Azərbaycan cüdo yığması Braziliyada beynəlxalq təlim-məşq toplanışına qatılıb
Əziz Əzizli
Kişilərdən ibarət yığmamız Braziliyanın San-Paulu şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.
Operativ Media xəbər verir ki, toplanışa Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, performans direktoru və yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədovla Robert Kravçik rəhbərlik edirlər.
İki həftə davam edəcək bu toplanış milli komandamızın V İslam Həmrəyliyi Oyunlarına hazırlığının vacib mərhələsidir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma