Menyu

ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı başa çatıb - VİDEO

Nərmin Qocamanlı
ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı başa çatıb - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı başa çatıb.  

Müdafiə Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, toplanış çərçivəsində ümumqoşun və ixtisas hazırlığı üzrə məşğələlər keçirilib, atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmaları icra olunub, həmçinin günün nizam qaydalarına uyğun fəaliyyətlər yerinə yetirilib.

Hərbi vəzifəlilərə müşahidə dronlarından istifadə qaydaları da göstərilib və müxtəlif tapşırıqlar məşq etdirilib.

Sonda toplanış müddətində fərqlənən hərbi vəzifəlilər mükafatlandırılıb.

Teqlər:

"\u018f\u00dcO-da h\u0259rbi v\u0259zif\u0259lil\u0259rl\u0259 t\u0259lim toplan\u0131\u015f\u0131 ba\u015fa \u00e7at\u0131b - V\u0130DEO"

Əlaqəli Xəbərlər