Menyu

Müdafiə naziri Vyetnam HDQ Komandanlığında olub

Nərmin Qocamanlı
Müdafiə naziri Vyetnam HDQ Komandanlığında olub

Sentyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnam Sosialist Respublikasının Hərbi Dəniz Qüvvələri Komandanlığının (HDQ) qərargahında olub. 

Müdafiə Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, əvvəlcə Hanoy şəhərində yerləşən “Qəhrəmanlar və Şəhidlər abidəsi” və Prezident “Ho Chi Minh” mavzoleyi ziyarət edilib, əklillər qoyulub.

Daha sonra müdafiə naziri Vyetnam HDQ komandanı vitse-admiral Tran Thanh Nghiem ilə görüşüb. 

Görüş zamanı hər iki ölkənin HDQ-ləri arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonda general-polkovnik Z.Həsənov HDQ briqadasını və “Ha Long” buxtasını ziyarət edib, burada yaradılan şəraitlə tanış olub.

Teqlər:

"M\u00fcdafi\u0259 naziri Vyetnam HDQ Komandanl\u0131\u011f\u0131nda olub"

Fotogalereya

Əlaqəli Xəbərlər