Menyu

"Qarabağ"ın ÇL-də ev oyunlarını keçirəcəyi stadion bilindi

Əziz Əzizli
"Qarabağ"ın ÇL-də ev oyunlarını keçirəcəyi stadion bilindi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində bütün ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib.

Operativ Media xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Ağdam klubunun rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcəyi qeyd edilib.

"Qarabağ"ın Liqa mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmək ehtimalı da müzakirə olunurdu.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində 8 matç keçirəcək ki, bunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq. Ağdam klubunun ilk ev oyunu oktyabrın 1-də Danimarkanın "Kopenhagen" klubuna qarşı olacaq. "Qarabağ"ın digər ev oyunları noyabrın 5-də "Çelsi"yə (İngiltərə), dekabrın 10-da "Ayaks"a (Niderland) və yanvarın 21-də "Ayntraxt"a (Almaniya) qarşı olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər