"Ayaks"ın kapitanı: "Qarabağ"la oyun üçün uzun səfər olması məyusedicidir
Əziz Əzizli
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Ayaks"ın kapitanı Deyvi Klaassen püşkü dəyərləndirib.
Operativ Media xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Azərbaycana uzun səfərin onları məyus etdiyini bildirib:
"Çempionlar Liqasına qayıtmaq xoşdur. Çünki, ən yaxşı komandalarla qarşılaşırsan. Rəqiblərimiz böyük klublardır. "Qarabağ"la oyun üçün uzun səfər etməliyik. Bu, bir az məyusedicidir. Digər rəqiblərə gəlincə, hər şey yaxşıdır. Çempionlar Liqasını əhatə edən hər şey sadəcə yüksək səviyyədədir. Himni, topu, atmosfer - hər şey yaxşıdır. Bu, UEFA Avropa Liqası ilə müqayisə oluna bilməz. Çempionlar Liqasının Amsterdama qayıtmasından çox şadam".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net