Səudiyyə Ərəbistanı klubu gürcüstanlı futbolçunu heyətinə qatmaq istəyir
Əziz Əzizli
Gürcüstan millisinin hücumçusu Georges Mikautadze transfer pəncərəsi bitməmiş "Lion"u tərk edə bilər.
Operativ Media xəbər verir ki, bu haqda L'Equipe" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Fransa klubu “Vilyarreal”la danışıqlar aparır. "Lion"un maliyyə yoxlamasından keçməsi üçün 40 milyon avro alması lazımdır.
"Bernli" və NEOM da oyunçu ilə maraqlanır. Səudiyyə klubu 24 yaşlı gürcü üçün 40 milyon avro təklif etməyə hazırdır.
2024/25 mövsümündə Mikautadze bütün turnirlərdə 47 matçda iştirak edib, 17 qol vurub və 11 məhsuldar ötürmə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net