"Fənərbaxça" Mourinyonu göndərdi
Əziz Əzizli
“Fənərbaxça” baş məşqçisi Joze Mourinyo ilə yollarını ayırıb.
Operativ Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"2024-2025 mövsümündən etibarən A komandamızın baş məşqçisi olan Joze Mourinyo ilə yollarımız ayrılmışdır. Bu günə qədər komandamız üçün göstərdiyi əməklərə görə ona təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq" - deyə açıqlamada biıdirilib.
Türkiyə mediasının yazdığına görə, mütəxəssis komandanın uğursuz nəticələrinə görə istefaya göndərilib. İstanbul təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsində "Benfika"ya uduzaraq mübarizəni dayandırıb.
Xatırladaq ki, Mourinyo ötən ilin yayından "Fənərbaxça"ya baş məşqçilik edirdi.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net