Menyu

İraqda üç günlük matəm elan edilib

Şəfa Hüseynli
İraqda üç günlük matəm elan edilib

İraq hökuməti ölkənin şərqindəki Əl-Kut şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar üçgünlük matəm elan edib.

Operativ Media xəbər verir ki, bu barədə İraq Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl inzibati mərkəzi Əl-Kut olan Vasit əyalətinin hakimiyyəti də üçgünlük matəm elan edib.

İraq Daxili İşlər Nazirliyinin son məlumatına görə, yeni ticarət mərkəzində baş verən yanğında 61 nəfər ölüb, 45-dən çox insan xilas edilib. Faciə ilə bağlı araşdırmalar başlanıb. Hakimiyyət orqanları təhqiqatın hərtərəfli olacağını və oxşar hadisələrin ölkənin digər ticarət mərkəzlərində təkrarlanmaması üçün tədbirlər görüləcəyini bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər