Rubio: İsrail-Suriya gərginliyi yaxın saatlarda sona çatacaq
Əsəd Abbaslı
İsrail və Suriya arasında gərginliyin yaxın saatlarda həlli tapılacaq.
Operativ Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
Rubio Ağ Evdə ABŞ və Bəhreyn liderlərinin görüşündə deyib: "Yaxın saatlarda gördüklərinizi dayandırmaq istiqamətində real irəliləyiş görəcəyik".
O bildirib ki, Suriyada vəziyyət mürəkkəbdir - cənubdakı qruplar arasında uzunmüddətli mübarizə gedir. Birləşmiş Ştatlar nizamlama üzrə danışıqlarla məşğuldur və hesab edir ki, İsrail və Suriya “real deeskalasiya yolundadır”.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net