Menyu

İran Trampın Tehranın Vaşinqtonla görüş tələb etməsi ilə bağlı iddiasını rədd edir

Əziz Əzizli
İran Trampın Tehranın Vaşinqtonla görüş tələb etməsi ilə bağlı iddiasını rədd edir

İran ABŞ prezidenti Donald Trampın Tehranın guya amerikalı danışıqlarçılarla görüş tələb etməsi ilə bağlı iddialarını təkzib edib.

Operativ Media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.

O, “Biz Amerika tərəfi ilə görüş üçün heç bir müraciət almamışıq”, - deyə qeyd edib.

ABŞ prezidentinin nümayəndəsi Stiv Uitkoff isə ABŞ-İran danışıqlarının gələn həftə baş tutması ehtimalının olduğunu bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər