"Media haqqında" qanuna dəyişiklik edilib
Nərmin Qocamanlı
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib.
"Operativ Media" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Media haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək.
Qeyd edək ki, "Media haqqında" qanunda dəyişiklik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin "Şərq qapısı” qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsi və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasının yaradılması ilə əlaqədar hazırlanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net