Menyu

Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması xidməti tam rəqəmsallaşdırılıb

Şəfa Hüseynli
Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması xidməti tam rəqəmsallaşdırılıb

Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2026-cı il tarixli müvafiq Fərmanı ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması prosesinin tam rəqəmsallaşdırılmasını nəzərdə tutan qanunvericlik aktları təsdiq edilib.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.

Qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması xidməti fiziki müraciət imkanı saxlanılmaqla tam rəqəmsallaşdırılmış,həmin xidmətin nəticəsi olaraq şəxslərə təqdim olunan Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarın kağız daşıyıcıda olan nümunəsi ləğv edilmişdir.

Belə ki, artıq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması qərar elektron sənəd şəklində tərtib ediləcək və dövlət rüsumu ödənildikdən sonra müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməsi məqsədilə həmin sistemə ötürüləcək. Eyni zamanda qərar müraciət müəllifinin təqdim etdiyi elektron poçt ünvanına göndəriləcək.

Bununla yanaşı, yeni dəyişikliklərlə bu günədək kağız daşıyıcılarda verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərarların onlarda göstərilmiş müddət bitənədək öz hüquqi qüvvəsini saxlaması, bu qərarlar itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə, habelə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar dəyişdikdə elektron qaydada tərtib olunaraq, dövlət rüsumunun ödənilməsi tələb edilmədən müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülməsi, eləcə də müraciət edənin elektron poçt ünvanına göndərilməsi nəzərdə tutulub.

Qəbul edilmiş yeniliklər həyat hadisəsi əsaslı miqrasiya xidmətlərinin daha çevik, əlçatan və vətəndaşyönümlü təşkili ilə yanaşı, inzibati prosedurların sadələşdirilərək səmərəliliyinin artırılmasını hədəfləyir.

Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (facebook, instagram, teleqram) və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə - [email protected] e-maili vasitəsilə müraciət edə bilərsiniz.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər