U-17 dünya çempionatı: Azərbaycanın daha 5 güləşçisi mübarizəyə başlayır
Operativ Media
Bakıda keçirilən 17 yaşadək güləşçilər arasında dünya çempionatında mübarizə aparacaq Azərbaycan idmançılarının bugünkü təsnifat qarşılaşmalarının proqramı məlum olub.
Operativ Media xəbər verir ki, iyulun 28-də saat 10:30-da başlayacaq gərgin görüşlərdə milli komandanın 5 təmsilçisi xalça üzərinə çıxacaq.
Yarış çərçivəsində keçiriləcək təsnifat qarşılaşmalarının cədvəli aşağıdakı kimidir:
45 kq: Ə.Cavadlı – O.Burqazov (Bolqarıstan)
51 kq: A.Hüseynli – K.Janqajol (Qazaxıstan)
60 kq: E.Çərkəzov – N.Askar (Qazaxıstan)
71 kq: N.Həsənov – M.Azizboyev (Tacikistan)
92 kq: Z.Səfərov – H.Yevsiyev (Ukrayna)
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net