Menyu

"Çelsi" portuqaliyalı yarımmüdafiəçini satmaq istəmir

Operativ Media
"Çelsi" portuqaliyalı yarımmüdafiəçini satmaq istəmir

İngiltərənin "Çelsi" klubu 26 yaşlı portuqaliyalı yarımmüdafiəçisi Pedru Netunun transfer hüquqlarını cari keçid dövründə satmaq niyyətində deyil.

​Operativ Media xəbər verir ki, bu barədə "The Standard" nəşri məlumat yayıb. Mənbənin verdiyi xəbərə görə, London təmsilçisinə futbolçu ilə bağlı hələ heç bir rəsmi təklif daxil olmayıb və klub öz oyunçusunu itirmək istəmir. Bununla belə, cazibədar təklif gələcəyi təqdirdə "zadəganlar" öz mövqeyini dəyişə bilər.

​Daha əvvəl "Mançester Siti" və "Liverpul" klublarının vingerlə maraqlandığı bildirilirdi.

​Qeyd olunub ki, 2026-cı il dünya çempionatında Portuqaliya millisinin heyətində çıxış edən Netu hazırda məzuniyyətdədir. Bu səbəbdən o, London komandasının Avstraliya və Asiyaya təşkil olunan mövsümlərarası turuna daxil edilməyib.

​Xatırladaq ki, 2024-cü ilin avqustundan "Çelsi"də çıxış edən futbolçunun müqavilə müddəti 2031-ci il iyunun 30-dək nəzərdə tutulub. Oyunçu 2025/2026-cı illər mövsümündə keçirdiyi 52 matçda 10 qol vurub və 10 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı onun transfer dəyərini 60 milyon avro qiymətləndirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər