Menyu

Türkiyə İsrailin "Əl-Əqsa" məscidinə basqınını qınayıb

Operativ Media
Türkiyə İsrailin "Əl-Əqsa" məscidinə basqınını qınayıb

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) israilli nazirin təhlükəsizlik qüvvələrinin müşayiəti ilə "Əl-Əqsa" məscidinə səfərini və basqınını kəskin şəkildə pisləyib.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Qüdsdəki müqəddəs məkanların tarixi və hüquqi statusunun dəyişdirilməsinə yönələn addımlar beynəlxalq hüquqa ziddir və qəbuledilməzdir.

Nazirlik beynəlxalq ictimaiyyəti bu cür təxribat xarakterli hərəkətlərin qarşısının alınması üçün məsuliyyətli davranmağa çağırıb.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran da "X" sosial şəbəkəsində paylaşım edərək hadisəni qınayıb.

"Məscidül-Əqsanın müqəddəsliyini hədəf alan heç bir cəhd qəbul edilə bilməz", – deyə o vurğulayıb.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər