Konstitusiyanın 30 illiyi ilə bağlı yubiley medalı təsis ediləcək
Şəfa Hüseynli
Azərbaycan Konstitusiyasının 30 illiyi (1995-2025) ilə əlaqədar yubiley medalı təsis ediləcək.
Operativ Media xəbər verir ki, bununla bağlı Milli Məclisə müvafiq qanun layihəsi daxil olub.
Azərbaycan Konstitusiyasının 30 illiyi (1995-2025)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik layihəsi parlamentin oktyabrın 10-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma