Azərbaycan Çempionatının qalibləri mükafatlandırılıb
Əziz Əzizli
Kişi və qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb.
"Operativ Media" xəbər verir ki, Ölkə çempionatında beynəlxalq usta normasını yerinə yetirən Nərmin Abdinovaya müvafiq sertifikat verilib.
Qeyd edək ki, ümumi mükafat fondu 25 000 manat təşkil edən kişi şahmatçılar arasında Azərbaycan çempionatının qalibi Vasif Durarbəyli olub. Vüqar Əsədli ikinci, Eltac Səfərli üçüncü yeri tutub.
Mükafat fondu 15 000 manat olan qadın şahmatçıların çempionatında isə Gövhər Beydullayeva qızıl medal qazanıb. Xanım Balacayeva və Səbinə İbrahimova müvafiq olaraq ikinci-üçüncü yerlərdə qərarlaşıblar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net