Yanvarda Azərbaycan üzərindən tranzit yük daşımalarının həcmi 843 min ton olub
Redaksiya
2023-cü ilin yanvar ayı ərzində Azərbaycan üzərindən tranzit yük daşımalarının həcmi 843 min ton olub.
"Operativ Media" xəbər verir ki, bu barədə nəqliyyat rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev öz tviter hesabında paylaşım edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 306 min ton və ya 57% artım qeydə alınıb. Daşınan yüklərin 535 min tonu dəmir yolları, 308 min tonu avtomobil daşımalarının payına düşüb.
Teqlər:
"Yanvarda Azərbaycan üzərindən tranzit yük daşımalarının həcmi 843 min ton olub"