Menyu

Əli Əsədov İrakli Kobaxidze ilə görüşüb

Nərmin Qocamanlı
Əli Əsədov İrakli Kobaxidze ilə görüşüb

Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 5-də Gürcüstanın Baş nazirİ İrakli Kobaxidze ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Operativ Media-ya verilən xəbərə görə, Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.

İrakli Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, energetika, humanitar və digər istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər