İlham Əliyev İsveçrə Prezidentini təbrik edib
Şəfa Hüseynli
Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti xanım Karin Keller-Sutteri ölkənin milli bayramı münasibətilə təbrik edib.
Operativ Media-nın məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli xanım Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-İsveçrə münasibətlərinin dostluq məcrasında inkişafı və səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, İsveçrə Konfederasiyasına daim rifah və firavanlıq arzulayıram".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net