ÇL: "Qarabağ" növbəti mərhələyə yüksəldi
Əziz Əzizli
Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində növbəti oyununa çıxıb.
Operativ Media xəbər verir ki, Azərbaycan təmsilçisi İrlandiyanın "Şelburn" komandasını qonaq edib.
Matç "atlılar"ın 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.
İki oyunun nəticəsinə görə 4-0 hesabı ilə qalib gələn "Qarabağ" növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri UEFA Çempionlar Liqasının 3-cü mərhələsində FCSB - "Şkendiya" cütünün qalibi ilə qarşılaşacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net