Menyu

İstanbulda İran-Aİ-3 danışıqları başlayır

Gozel Həşimova
İstanbulda İran-Aİ-3 danışıqları başlayır

12 günlük İran-İsrail müharibəsinin bitməsindən sonra İran və Aİ-3 ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) arasında danışıqların ilk raundu İstanbulda başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb.

Avropa nümayəndə heyəti artıq İran konsulluğunun binasına gəlib. İran tərəfini xarici işlər nazirinin müavinləri Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi təmsil edir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi iyulun 21-də bildirib ki, Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli üçün Aİ-3 ilə danışıqların yeni mərhələsi iyulun 25-də İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək.  

 

Gözəl Azadəliyeva

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər