Menyu

Umerov: Rusiya öz hazırlığını nümayiş etdirməlidir

Əsəd Abbaslı
Umerov: Rusiya öz hazırlığını nümayiş etdirməlidir

Ukrayna atəşkəsə hazırdır və nümayəndə heyəti buna nail olmaq üçün istənilən, hətta ən kiçik fürsətdən istifadə edir.

Operativ Media xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.

"Bu gün Ukrayna Prezidentinin tapşırığına uyğun olaraq, nümayəndə heyəti İstanbuldadır. Danışıqlardan əvvəl komanda ilə son hazırlıq işlərini apardıq. Biz ədalətli və davamlı sülhün əldə olunması, bütün insanlarımızın, o cümlədən qanunsuz olaraq Rusiyaya deportasiya olunmamış uşaqların geri qaytarılması naminə danışıqlar prosesini davam etdiririk", - Umerov qeyd edib.

"Atəşkəs üçün bütün texniki mexanizmlər yaxşı məlumdur. Yeganə maneə Moskvanın qeyri-konstruktiv mövqeyidir", - Umerov əlavə edib.

O, həmçinin vurğulayıb ki, Ukrayna ardıcıl olaraq liderlərin görüşünün tərəfdarıdır.

"Biz dünən buna hazır idik, bu gün də hazırıq, sabah da hazır olacağıq. Rusiya öz hazırlığını nümayiş etdirməlidir", - Umerov yekunlaşdırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər