Ərdoğan meşə yanğınlarında həlak olanların ailələrinə başsağlığı verib
Əsəd Abbaslı
Türkiyə Prezidenti Rəcəb Tayyb Ərdoğan Türkiyənin Eskişehirdə meşə yanğınları zamanı həlak olan 10 yanğınsöndürənin ailələrinə başsağlığı verib.
Operativ Media "Hurriyet"ə istinadən xəbər verir ki, Ərdoğan meşələ yanğınlarının qurbanı olan xilasedicilərə Allahdan rəhmət diləyib: "Ailələrinə və millətimizə başsağlığı veririrəm. Meşələrimizi qorumaq üçün canlarını riskə atmış qardaş və bacılarımıza Allah rəhmət eləsin".
Qeyd edək ki, Türkiyənin Eskişehir şəhərində meşə yanğınları zamanı 10 yanğınsöndürən həlak olub, daha 14 nəfər müxtəlif dərəcəli xəsarət alıblar.
Eskişehirin Seyitqazi rayonunda, Büyükyayla məhəlləsi yaxınlığındakı meşədəki yanğını söndürən 10 xilasedici güclü küləyin təsirindən istiqamətini dəyişən alovun qurbanı olublar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net