ABŞ hərbi gəmisi Oman körfəzində İranın nəzarətində olan sulara yaxınlaşıb
Şəfa Hüseynli
ABŞ esminesi Oman körfəzində İranın nəzarətində olan sulara yaxınlaşıb, İran hərbiçiləri xəbərdarlıq ediblər.
Operativ Media xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, “DDG Fitzgerald” esminesi İranın Oman körfəzində nəzarətində olan sulara yaxınlaşmaq niyyətində olub. Bundan sonra amerikalı hərbiçilərə xəbərdarlıq etmək üçün İran helikopteri havaya qalxıb, lakin ABŞ esminesi helikopteri vurmaqla hədələyib.
"ABŞ esminesinin təkrar hədəsinə cavab olaraq havadan hücumu müdafiə sistemi işə salınıb. Qəti xəbərdarlıq edilib ki, helikopter müdafiə sistemlərinin tam müdafiəsi altındadır və ABŞ esminesi öz hərəkət marşrutunu cənuba dəyişməlidir", - agentliyin məlumatında bildirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net