Menyu

Zelenski iki rusiyalı və üç ukraynalıya sanksiya tətbiq edib

Əsəd Abbaslı
Zelenski iki rusiyalı və üç ukraynalıya sanksiya tətbiq edib

Ukrayna prezidenti Volodimir Zelenski iki rusiyalı və üç ukraynalıya Ukrayna əleyhinə təbliğatda iştirak etdiklərinə görə sanksiya tətbiq edib.

Operativ Media xəbər verir ki, müvafiq fərman Ukrayna prezidentinin saytında dərc olunub.Sanksiya siyahısına rusiyalı jurnalist Yuliya Latınina (Rusiya Federasiyasında xarici agent kimi tanınır), rusiyalı müharibə müxbiri Tatyana Aksenenko, ukraynalı bloger Andrey Serebryanski (“Andrey Luqanski”), həmçinin Ali Radanın keçmiş deputatları Gennadi Balaşov və Natalya Korolevskaya daxildir.

Ukrayna prezidentinin müşaviri Vladislav Vlasyukun jurnalistlərə verdiyi məlumata görə, sanksiyalar “Ukraynanın müdafiə qabiliyyətini sarsıtmağa, anti-Ukrayna təbliği etməyə və Rusiya Federasiyasının silahlı təcavüzünü qanuniləşdirməyə yönəlmiş informasiya kampaniyalarında iştiraka görə” tətbiq edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər