Menyu

Messi, Neymar, Mbappe "Çiyin-çiyinə Türkiyə" kampaniyasında iştirak edəcək

Əziz Əzizli
Messi, Neymar, Mbappe "Çiyin-çiyinə Türkiyə" kampaniyasında iştirak edəcək

TFF-nin açıqladığı və martın 1-də həyata keçiriləcəyi vurğulanan "Çiyin-çiyinə Türkiyə" kampaniyası Messi, Neymar və Mbappe kimi ulduz futbolçuların iştirakı ilə baş tutacaq.

"Operativ Media" xəbər verir ki, zəlzələ qurbanları üçün bir araya gələn TFF və Super Liqa klubları 1 Mart Çərşənbə günü telekanallarda yayımlanacaq proqramda ianə toplayacaq.  Kampaniyaya dəstək verən PSJ-nin ulduzları Messi, Neymar və Mbappe ilə yanaşı bir çox futbolçu da iştirak edəcək.

Proqramda buna bənzər çoxlu tədbirlər keçiriləcək. TFF və Super Liqa klubları "Çiyin-çiyinə Türkiyə" kampaniyasından toplanacaq ianələrlə konteyner sayını 10 minə çatdırmağı hədəfləyir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər