AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir
Nərmin Qocamanlı
Azərbaycanın milli aviadaşıyıcısı AZAL avqust ayından etibarən Özbəkistanın Ürgənc şəhərinə müntəzəm reysləri bərpa edəcək. İlk reys 2 avqust tarixində həyata keçiriləcək.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Ürgənc özünəməxsus kolorit, mədəni atmosfer və ab-havası ilə səyahətsevərlərin maraq göstərdiyi şəhərlərdən biridir. Bu marşrut komfortlu səyahət üçün əlavə imkanlar yaradır.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net