Çin İsraildəki vətəndaşlarına xəbərdarlıq edib
İsrail və İran arasında artan münaqişə təhlükəsizlik vəziyyətini pisləşdirdiyi üçün Çin öz vətəndaşlarına İsraili tərk etmələri barədə xəbərdarlıq edib.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"İsrail-İran hazırkı münaqişəsi kəskinləşməkdə davam edir. Mülki obyektlərə ziyan dəyir, mülki əhali arasında itkilər artır və təhlükəsizlik vəziyyəti pisləşir", - xəbərdarlıqda deyilir.
Xəbərdarlıqda Çin vətəndaşlarında İsrail hava məkanı bağlı olduğu üçün İordaniya sərhədindəki gömrük qapılarından quru yolu ilə çıxmağı tövsiyə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net