Ana səhifə / Slayder / Sürət həddi ilə bağlı sürücülərə xəbərdarlıq edilib Sürət həddi ilə bağlı sürücülərə xəbərdarlıq edilib 15.06.2025, 12:45 Əsəd Abbaslı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə sürət həddini aşma ilə bağlı xəbərdarlıq edib. İdarədən Operativ Media-ya daxil olan məlumatda deyilir ki, sürət sadəcə texniki göstərici deyil – həyatla ölüm arasındakı incə sərhəddir: “Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına bir daha xatırladır: - Sürət həddini aşmayın; - Yol və hava şəraitinə uyğun hərəkət edin; - Sükan arxasındakı məsuliyyətsizlik təkcə sürücünün deyil, avtomobildəki hər kəsin həyatını riskə atır. Unutmayın: Yüksək sürətə yox demək – evə sağ qayıtmaq deməkdir”. Teqlər: "S\u00fcr\u0259t h\u0259ddi il\u0259 ba\u011fl\u0131 s\u00fcr\u00fcc\u00fcl\u0259r\u0259 x\u0259b\u0259rdarl\u0131q edilib"