Əli Əsədov: 20 ildə yatırılan investisiyalar 338 milyard dolları keçib
Əziz Əzizli
Azərbaycan iqtisadiyyatına son 20 ildə 338 milyard dollardan çox investisiya yatırılıb.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan Baş naziri Əli Əsədov bildirib.
O vurğulayıb ki, yaradılmış əlverişli investisiya mühiti xarici investorlar üçün də geniş perspektivlər açır: “Nəticə olaraq, son 20 ildə iqtisadiyyatımıza 338 milyard dollardan çox investisiya yatırılıb".
Onun sözlərinə görə, Azərbaycanın iqtisadiyyatı inkişaf edir, əlverişli investisiya mühiti yaradılıb: "Ötən il Azərbaycanın iqtisadiyyatı 4,1 % artıb, qeyri-neft-qaz sektoru isə 6,2 % böyüyüb".
Baş nazir vurğulayıb ki, ölkənin xarici borcu ÜDM-in 7 %-dən azını təşkil edir, valyuta ehtiyatları xarici borcu 14 dəfə üstələyir: "Vergi yükünün azaldılması, inzibati maneələrin aradan qaldırılması, hüquqi bazanın təkmilləşdirilməsi, investorların hüquq və maraqlarının qorunması, mülkiyyətin toxunulmazlığı sahəsində tədbirlər həyata keçirilir".
O qeyd edib ki, Ələt Azad İqtisadi Zonası da investorlar üçün unikal şərait təklif edir.
Teqlər:
"\u018fli \u018fs\u0259dov: 20 ild\u0259 yat\u0131r\u0131lan investisiyalar 338 milyard dollar\u0131 ke\u00e7ib"