Rubio: ABŞ istehsal gücünü itirdiyinə görə Çindən asılı vəziyyətə düşüb
Əziz Əzizli
Soyuq müharibənin başa çatmasından sonra ABŞ könüllü şəkildə istehsal gücündən imtina edərək özünü potensial rəqiblərdən, o cümlədən Çindən asılı vəziyyətə salıb.
Operativ Media xəbər verir ki, bu fikri ABŞ dövlət katibi Marko Rubio mayın 3-də qeyri-hökumət analitik mərkəzi olan “Amerika Kompası” tərəfindən təşkil olunan konfransda səsləndirib.
Onun sözlərinə görə, SSRİ-nin dağılmasından sonra ABŞ-də belə bir fikir üstünlük təşkil edib ki, “iqtisadi məsələlərdə dövlət suverenliyinin artıq əhəmiyyəti olmayacaq” və “hansı məhsulun harada istehsal olunmasının fərqi yoxdur”.
Rubionun fikrincə, ABŞ-də istehsalın başqa ölkələrə köçürülməsinin “tamamilə normal” sayılması belə yanaşmanın nəticəsidir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net