Azərbaycan və Somali arasında neft-qaz sahəsində fikir mübadiləsi aparılıb
Energetika naziri Pərviz Şahbazov Somalinin energetika və su resursları naziri Abdullahi Bidham Varsame ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"də paylaşım edib.
"Somalinin energetika və su resursları naziri Abdullahi Bidham Varsame ilə Yaşıl enerji və neft-qaz sahələrində imzalanmış əməkdaşlıq memorandumlarının icrasının təmin edilməsi istiqamətində fikir mübadiləsi apardıq", - deyə paylaşımda qeyd olunub.
Teqlər:
"Az\u0259rbaycan v\u0259 Somali aras\u0131nda neft-qaz sah\u0259sind\u0259 fikir m\u00fcbadil\u0259si apar\u0131l\u0131b"