Menyu

İlham Əliyev: Azərbaycan-İtaliya münasibətlərinin dinamik və hərtərəfli inkişafı bizi sevindirir

İlham Əliyev: Azərbaycan-İtaliya münasibətlərinin dinamik və hərtərəfli inkişafı bizi sevindirir

Dostluq, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-İtaliya dövlətlərarası münasibətlərinin hazırda dinamik və hərtərəfli inkişaf etməsi bizi sevindirir.

Operativ Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təbrik məktubunda deyilir.

“Bu gün ölkələrimiz iqtisadiyyat, ticarət, energetika, sərmayə, müdafiə, humanitar, o cümlədən elm, təhsil və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərir, əməkdaşlığımız ildən-ilə yeni məzmunla zənginləşir. Azərbaycan etibarlı strateji tərəfdaşı olan İtaliya ilə münasibətlərin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir. Siyasi əlaqələrimizin intensivliyi, ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu bunun üçün yaxşı zəmin yaradır”, - dövlət başçısı vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər