Menyu

Azərbaycan nümayəndə heyəti Özbəkistan Müdafiə Nazirliyində olub

Əsəd Abbaslı
Azərbaycan nümayəndə heyəti Özbəkistan Müdafiə Nazirliyində olub

Özbəkistana səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Özbəkistan Müdafiə Nazirliyində olub və qurumun mətbuat xidmətinin fəaliyyəti ilə yaxından tanış olub.

Operativ Media xəbər verir ki, görüş zamanı tərəflər informasiya təhlükəsizliyi, hərbi sahədə ictimaiyyətlə əlaqələrin təşkili, eləcə də strateji kommunikasiya məsələləri, gələcək əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparıblar.

Qonaqlar, həmçinin Nazirliyin nəzdində yaradılmış studiyaya baxış keçirib, burada mövcud texniki imkanlar və həyata keçirilən layihələr barədə ətraflı məlumat alıblar.

Sonra “Qələbə parkı” abidə kompleksi və “Şan-şərəf” Muzeyi ziyarət olunub.

Teqlər:

"Az\u0259rbaycan n\u00fcmay\u0259nd\u0259 hey\u0259ti \u00d6zb\u0259kistan M\u00fcdafi\u0259 Nazirliyind\u0259 olub"

Əlaqəli Xəbərlər